Reklam verin!
May 23, 2008 14:17 tarixində, eserler tərəfindən, HEKAYƏLƏR bölməsində yazılib       Şərhlər(1)      Baxış sayı:66

                                          DÜNYANIN  DAĞILACAĞI  GÜN 

                                                        hekayə

Bu sözün ağızdan – ağıza, dildən – dilə düşüb dünyanı dolaşmasından, nə az, nə də çox, düz iyirmi beş il ötmüşdü. Bu iyirmi beş il insanları çox dəyişdirmişdi. Böyük, kiçik müharibələr, münaqişələr  qudurğan it kimi iti, qorxunc dişlərini Dünyanın əlinə, ətəyinə, lap elə boyun – boğazına batırır, gücü yetdikcə onun böyük “bədəni”ni parçalamağa çalışır, Dünyanın insanlardan yapılmış bədənindəki əti - insanları las – las qoparıb udurdu. Aclıq, qorxunc, sağalmaz xəstəliklər də bir yanda cövlan edir, insanları dəhşətli ruh düşkünlüyü, azğın dağ seli tək ağuşuna alıb aparır, daşlara, qayalara çırpırdı. Və adamlar iyirmi beş il əvvəl, kim tərəfindənsə ortaya atılan sözün doğruluğuna daha çox inanmağa başlayır, illər ötdükcə sarsılır, ümidsiz halda dünyanın darmadağın olacağı günü gözləyirdilər. Buna baxmayaraq, öz ömrünü ümidlə yaşayanlar da çox idi. Kim bilir, bəlkə deyilənlər boşa çıxacaqdı! Çox da ki, iyirmi beş il əvvəl deyilənlərdən biri doğru çıxmişdi...           

 


İyirmi beş il əvvəl deyilənlərdən birini kənd məktəbinin tarix müəllimi Zülqədər müəllim demişdi. Zülqədər müəllim kənd arasında adamların baş – başa yığışdığı yerdə demişdi ki, bir molla kitaba baxıb və deyib ki, Sовет империйасы rəhbərliyinə, yaxın zamanlarda, keçəl başının ortasında iri bir xal olan birisi gələcək. O da, çox çəkmədən Империйаны darmadağın edəcək. Bəli, o vaxt da, indi də çoxlarının ürəyindən olmayan(manqurtluq elə bu cür olur də) bu xəbəri tarix müllimi Zülqədər müəllim yaymışdı kəndə. İllər sonrası deyilənlərin düz çıxması, insanları, dünyanın da tezliklə dağılacağına inandırmağa başladı. Amma bir neçə il sonra hər şey, elə bil ki, unudulmağa başladı. İnsan unutqan olur, axı. İnsanın da üzü torpağın üzü kimi soyuq olur... Dünyanın bir çox yerlərində qəfil başlayan müharibələr, dəhşətli zəlzələlər, təzədən iyirmi beş il öncə deyilənləri ihsanlarin yadına saldı: “Dünya iki mininci ildə darmadağın olacaq!” Müharibələr, zəlzələlər bu dəhşətli günün carçılarına bənzəyirdi. İnanmamaq mükün deyildi. Çünki hər şey elə bu cür baş verir… Mən uşaq olarkən kəndimizin göylərini o qədər heyranlıqla seyr edərdim ki!.. Birdən külək əsərdi. Ağacların yamyaşıl yarpaq əlləri bir uşaq əlləri kimi titrəyər, çırpılardı biri – birinə. Sonra göy üzünün bir tərəfində qara buludlar topalaşar, qara niyyətli adamlar kimi öz aralarında xəlvəti pıçıldaşardıar. Bu an rəhmətlik nənəm deyərdi: “Bərk yağış yağacaq, a bala, malı – qoyunu çöldə döyüb –  qirmasa yaxşıdır!..”

Günlərin, gecələrin birində bütün Azərbaycanı, meyvələri yetişməmiş cavan armud ağacından betər silkələyən, bununla da adamların kalını, yetkinini yoxlayırmış kimi, yerin altını üstünə çevirmək istəyən dəhşətli zəlzələ öz gəlişini hiss elətdirəndə Cankişi anasıyla birgə Bakıda yaşayan əmisigilə qonaq gəlmişdi və burda qonaq qaldığı gecələrin birində birinci yuxusunu təzəcə başlamışdı ki, dünya – aləm, ev – eşik bərk silkələnməyə başladı. O,  bunları yuxuda gördüyünü zənn etsə də, yalnız şifoner bu silkələnmədən aşıb üstünə gələndə gurultuya ayılmışdı. Ayılıb görmüşdü ki, üstündə bədheybət bir şey var. Qaranlıq otaqda bunun nə olduğunu bir anlıq ayırd edə bilməmişdi. Xoşbəxtlikdən şifoner yıxılarkən qarşı divara ilişib qalmış, Cankişinin sinəsinə tam toxunmamışdı. Azacıq ara verən təkanlar təkrarlananda Cankişi, hamının eşidə biləcəyi arxayın bir səslə demişdi: “ Bu da dünyanın axırı!..” Təkanlar yenə ara verəndə otaq işığa qərq olmuş, yaxınları Cankişini birtəhər şifonerin altından sürüyüb çıxarmışdılar. Və üçüncü təkan daha güclü olmuşdu. Ailəliklə evdən çıxıb həyətə qaçmışdılar. Cankişi isə heç nəyi eyninə almadan, arxayın – arxayın otağın qapısından tutmuşdu. Anası qışqırırdı: “A bala, nəyi gözləyirsən, görmürsən dünya dağılır? Tez ol, çıx bayıra, ev başına uçar, yoxsa!” Cankişi qapıdan yapışıb dillənmişdi: “Bəs mən sizə nə deyirdim? Demirdimmi, dünya dağılacaq?!.. Mən İkimininci ili gözləyirdim, o isə bir qədər tez gəlib... Mən də qaçım deyirsən?.. Hara qaçım, niyə qaçım?.. Dağılan dünyanın da əlindən qaçmaq olar? Guya bayırda dünya dağılmayacaq?.. “Həmin dəhşətli təkan baş verdiyi gün Cankişinin içində dəhşət, vahimə qarışıq bir fərəh hissi də vardı. Bu da ondan ibarət idi ki, ona elə gəlirdi ki, o, gümanında yanılmayıb. Daha sonrası gözü, “ var – dövlət, oğul – uşag” deyə arxada qalmayacaqdıdı. Var olan bircə canı idi ki, onu da ona əmanət vermişdilər. Bir sözlə həyat, dünyayi – cahan, nə bilim daha nələr, nələr Cankişini aldada bilməmişdi. Bu bir neçə il ərzində Cankişinin gün – güzəranı, bir növ qayğısız, vecsiz, imkan düşəndə orda – burda yeyib – içmək, şellənməkdə keçmişdi. Cankişiyə щярдян elə gялирdi ki, nəhəng imperiyanı başıxallı xaxol yox, məhz Zülqədər müəllim yıxıb. Империйа yıxılan, dağılan gündən Cankişi Zülqədər müəllimin “böyüklüyünə”, “azmanlığına” inanmağa başlamışdı və bu adamın Dünyanı da “dağıdacağına” zərrəcə şübhəsi qalmamışdı. Əslində Cankişinin günbəgün alovlanan prokuror olmaq arzusunun üstünə də Zülqədər müəllimin бир нечя ил юнжя кяндя йайдыьы xəbər soyuq su kimi calanmışdı. Elə o vaxtdan da məktəbin əlaçı şagirdi Cankişinin sinəsində dərya kimi çalxanan həyat eşqi dərya kimi də quruyub, soğulub çəkilmiş, yerində bataqlıqlar qalmışdı. Həmişə birinci partada oturan Cankişi sinfin ən zəif oxuyanlarına qoşulub arxa sıralara çəkilmişdi. Üst – başından da tünd siqaret qoxusu gəlirdi. Dərsdən sonra küçələrdən siqaret kötükləri yığıb, xəlvətə çəkilir, ciyərləri yanırmış kimi tüstülədir, hansısa bir dərs kitabını açıb oxumaq yadına da düşmürdü.Orta məktəbi bitirdikdən sonra Cankişinin şagird yoldaşlarınin çoxu ali məktəblərə qəbul olunmuş, Cankişi isə əsgər getmişdi. Ürəyində də özünə haqq qazandırmışdı: “Kişi oxumaz, kişi əsgərliyə gedər, siqaret çəkər, araq içər... Qoy kim nə istəyir eləsin, gec, ya tez, onsuz da dünya dağılacaq!”Cankişinin əsgərliyi Rusiyanin Çita şəhərində keçmişdi. Kənddə hamı gözləmişdi ki, Cankişi əsgərliyi bitirən kimi qayıdıb gələcək, amma Cankişinin əsgərliyi beş ildən çox çəkmişdi. Bir sözlə o, SSRİ – ni “yıxıb”, “dağıdıb” gəlmişdi. Üstəlik Çitada evləndiyi rus qızı Albinanı da, öz belindən gəlmiş bir qiz uşağıyla Çitanın düzəngahında başlı – başına atıb gəlmişdi. Amma kənddə bir kəsə də bu haqda bircə kəlmə də deməmişdi. İndi hərdən – hərdən Albina və Albinadan olan uşağı düşür yadına, kövrəlirdi. Əlində ala – babat pulu olsaydı quş kimi uçub gedər, harda olsaydı tapardı Albinanı. Yəqin indi qızı yekə, anası kimi qəşəng bir qız olmuşdu!.. Hətta Cankişi bu istəklə elə yanmışdı ki, kəndin ən varlı adamı sayılan keçmiş kolxoz sədri Qəzənfərin evinə pul oğurluğuna girməkdən özünü zorla saxlamışdı. Yenə axır təsəllisi bu olmuşdu: “Əşi, cəhənnəm olsun hər şey, onsuz da dünya dağılacaq! Niyə kimlərdən ötrüsə adımı bədnam eləmək, canımı çürütmək istəyirəm, axı?..” Hamı işləyirdi. Hamı xoşbəxt gələcəyə gülümsər gözlərlə, ümidlə baxır, boylanırdı. Cankişinin gözlərində isə Dünyanın sonu yaxınlaşırdı. Bir deyimlə, onun gözlərindəki Dünya, artıq can verməkdəydi.Cankişinin üzünü saqqal basmışdı. Ruh düşkünlüyü sarmışdı onu. Çox vaxt çöl – bayırdan evə də yığışmırdı. Hardansa əldə etdiyi beş – on manat pulu arağa verir, içir, evə sərxoş qayıdırdı. Onda da ağ saçlı anası başı üstünü kəsdirib dil tökürdü: “Boyuna mən anan qurban, Cankişi, üzünü qırx, üst – başına əl gəzdir. Yaşın da ötür. Axı bir azdan kim sənə qız verəcək?.. Evlənsəydin, biz də nəvə şirinliyini dadardıq. Sənin tay – tuşlarının hamısı ailə - uşaq, ev – eşik sahibləridir.” Cankişidən cavab gəlmirdi. Cankişi öz içində dağılan Dünyasına vahiməylə tamaşa etməkdəydi...Şükürlər olsun ki, Azərbaycanı silkələyən qorxunc təkanlar elə bir fəlakətə səbəb olmadı və Cankişinin gözlədiyi kimi, dünya da dağılmadı. Amma bunun özü, Cankişinin aləmində insanlara bir xəbərdarlıq idi. İkimininci ilə nə qalırdı ki!..Cankişinin beynində, daxilində bir geriləmə baş verirdi. Həmişəki tək Zülqədər müəllimə çox inanırdı. Zülqədər müəllim də onun marağını, heyrətini duyunca, söz – söhbətini bir az da maraqlı etmək, özünü bir az da bilikli göstərmək naminə dünya haqqında şişirdilmiş yalanlar da danışırdı.Cankişi, baş verən yeraltı təkanların səngiməsindən sonra Zülqədər müəllimi kənd arasında yaxalayıb soruşdu:- Müəllim, sən allah, de görüm, sənin o mollan dünyanın dağılacağı haqqında yeni bir şey deyir, ya yox?- Cankişi, sən niyə dünyanın dağılmasını istəyirsən ki! – Zülqədər müəllim gülə - gülə soruşdu. – Yaxşı olar ki, gedib saqqalını qırxasan. Heç güzgüdə baxmısan özünə?.. Xəbərin var, nə kökə salmısan özünü? Elə bil, doğrudan da dünya dağılıb, sən də ona yas qurub, saqqal saxlamısan!Cankişi Zülqədər müəllimin sözlərindən əsəbiləşsə də özünü ələ aldı və ciddiliklə təkrar soruşdu:-          Müəllim, dünya dağılacaq, ya yox?Zülqədər müəllim Cankişinin əsəbi vəziyyət aldığını görüb dedi:- Dünya dağılmağına dağılacaq. Özü də bu, düz ikimininci ildə baş verəcək. Gününü, ayını deyə bilmərəm. Ola bilər ki, bu, əsrimizin, yəni iyirminci əsrin son günündə, son gecəsində baş versin. Bu dağılma da o səbəbdən baş verəck ki, artıq son dərəcə inkişaf etmiş bəşəriyyət, yetkinlikdən, dolğunluqdan partlayıb dağılmalı olacaq – adi bir şar kimi. Axı bir şarı nə qədər üfürüb hava ilə doldurmaq olar?.. Meyvə də yetişir, ya dərilir, ya da lalıxıb budaqdan torpağa düşür və çürüməyə məhkum olur.- Sağ ol, müəllim, elə mən də bunu eşitmək istəyirdim, - Cankişi arxayın nəfəs aldı. Zülqədər müəllimdən ayrılıb kənd arasıyla meşə yoluna çıxdı. Dünən axşamdan doğar inəkləri meşədən qayıtmamışdı. Anasının hesablamalarına görə Alagöz inəyin doğmasına hələ bir həftə qalırdı. Çox güman ki, ya anasının hesablamaları dəqiq deyildi, inək çölün düzündə qalıb doğmuşdu, ya da canavarın cənginə ilişmişdi. Amma bu saat Cankişini bu bir o qədər də narahat eləmirdi. Əvvəla qoca atası axşam cib bıçağını çıxarıb “Qurdağzı” duası oxumuş və ümidlə, arxayınlıqla bıçağı qatlayıb təzədən qoymuşdu cibinə. İkincisi də o idi ki, dünyanın dağılacağı haqda deyilənlər Cankişini Cankişilikdən çıxarmış, onun beynini tamam dəyişdirmişdi. İndi doğar inəklərini axtarmaq üçün meşəyə yollandığı an öz – özünə deyinirdi: “Əgər bu dünya dağılacaqdısa niyə qurulurdu?.. Əgər insan gec – tez öləcəksə niyə yaranırdı?.. Qəribədir, hamı bilir ki, öləcək, amma heç kəs ölmək istəmir. Üstəlik var – dövlət üçün dəridən – qabıqdan çıxırlar”.

- Cankişi, dedilər; inəyinizi canavar meşədə parçalayıb, doğrudurmu? – qarşı gələn cavan bir qadının səsi Cankişini fikirdən ayırdı:

- Nə?!.. Nə vaxt?!Kim dedi?! – Cankişi ildırım vurmuş adam kimi yerindəcə qaraldı. Özünü ələ alıb ümidi üzülmüş halda: “Deməli, “Qurdağzı” – zad boş şeymiş. Mən ağılsız da atamın axşam bağladığı “Qurdağzı”na uşaq kimicə inanmışdım. Bu da beləə... Dünyanın da axırı gəlib çatmaqdadır. Dünyanı da Qurd yeyəcək, ay Samirə! – Cankişi Samirə dediyi qadının üzünə deyil, onun başı üstündən uzaqlara baxıb dilləndi. Sonra tələsmədən yoluna davam etdi. Tələsmirdi ona görə ki, evlərinə tez yetişmək, anasını vaysınan, inəklərindən, doğulmamış canavara yem olan körpə buzovlarından ötrü göz yaşı tökən görmək istəmirdi. Çünki o zaman anasının gözlərindən, o gözlərdəki yaşdan da görəcək, hiss dəcəkdi dünyanın dağılmasını.  Cankişi Samirədən azacıq aralananda arxada onun, kiməsə bir qədər astadan, bir qədər də qəsdlə, Cankişiyə eşitdirmək məqsədilə, “Ay qız, bu Cankişi axır vaxtlar özünü dəli kimi aparır. Sir – sifəti də adamlıqdan çıxıb...” dedi.Cankişinin qulağı hələ uşaqlıqdan darı dəlirdi. İstədi geri dönüb Samirəyə ağır söz desin, bu dəm qarşısına çıxan məktəbli qız onu fikrindən, niyyətindən uzaqlaşdırdı: “Utanmırsan?.. O nə məktubdur, yazmısan mənə?.. Axı biz hələ çox uşağıq. Evlənmək vaxtımıza çox var!..” Cankişi özünü saxlaya bilmədi: “ Neynim, səni sevirəm, axı!.. Onda söz ver ki, böyüyəndə məndən başqasına ərə getməyəcəksən!..” Cankişinin qarşısındakı qız, göründüyü kimi də görünməz oldu. Sadəcə üzündəki abır – həya, məsumluq Cankişinin həmin sözlərinə bir ağ örpək kimi ilişib qaldı... İllər ötdü. Örta məktəbi bitirdilər. Evlənmək zamanı gəldi. Samirənin gözləri yolda qaldi. Cankişidən məktub gəlmədi. Yolda rastlaşdıqları zamanlarda da Cankişi ona adi bir kənd qızı, qonşu qızı kimi etinasız yanaşdı. Axır dözmədi Samirə; özü dilə gəldi. Rəfiqəsiylə xəbər göndərdi Cankişiyə ki, bəs o uşaqlıq illərindəki əhd – peymanımız nə oldu. Səni gözləyim, ya yox?.. Cankişi isə, o vaxt Samirə onun sulını cavabsız qoyduğu kimi, Samirənin sualını cavabsız qoymuşdu. Samirə də bir il gözlədikdən sonra, Cankişinin acığına, uşaqlıqdan Cankişinin zəhləsi gedən Mirzəli adlı birisinə ərə getmişdi. Mirzəli də iki il Samirəylə yaşadıqdan sonra, uşaqları olmadığından Samirəni boşamış və həmişəlik çıxıb getmiş, üz tutmuşdu Rusiyanın azğın çöllərinə. Əslində isə uşağın olmamasında günahkar Mirzəlinin özüydü. Bunlar öz yerində. Öz taleyinin uğursuzluğunun səbəbkarı kimi Samirə Cankişini günahlandırmışdı. Orda – burda ağzına gələni yağdırmışdı, Cankişinin ünvanına. Ürəyində də çox sevinmişdi, Cankişinin hələ də evlənmədiyinə. Cankişi dünyanın dağılacağı günü gözlədiyi kimi, Samirə də gecə - gündüz Cankişinin onunla evlənəcəyini gözləyirdi: ”Çox tələsdim! Günah məndə oldu. Nə olsun ki, o vaxt məni cavabsız qoydu; bəlkə etibarımı yoxlamaq istəyirmiş!.. Külü qoyum Mirzəlinin başına, tayım deyildi mənim! Odur, bir rus haxçığıyla evlənib, yenə də uşaqları yoxdur!.. Kül mənim ağlıma!.. Yəqin ilk oxu daşa dəydiyindəndir ki, Cankişi hələ də evlənmək istəmir!..” Bu sözləri gah ürəyində öz – özünə, gah da yaxın bildiyi kənd qadınlarına yana – yana demişdi Samirə. Bu dediklərinin də bir parası Cankişinin qulağına çatmışdı. Cankişi də sadəcə gülümsəməklə kifayətlənmişdi. Və indi bir az ehtiyatla (guya, eşidilməsin deyə astadan), bir az da Cankişiyə eşitdirmək qəsdilə, eşidiləcək tonla dedikləri, Cankişini sancmaqdan, onu ayıltmaqdan və uşaqlıqda olduğu kimi özünə çəkmək istəyindən başqa bir şey deyildi; el arasında bunun bir başqa adı da “yandım – yandım” idi. Elə bunu bir cırnamaq, bir cığallıq kimi başa düşdüyündən, bir də uşaqlıqda aşiq olduğu məsum, göyçəkfason Samirənin qırıq qəlbini təzədən qirib çilikləməmək üçün Cankişi nə geri dönüb baxdı, nə də Samirənin dediklərinə məhəl qoydu. Ürəyində isə Samirəyə çox şeylər dedi. Yenə də dünyanın dağılmasından danışdı. Dünyanın ömrünün axır zamanlarında evlənmək, təzəcə doğulmuş körpəlrini dağılmış dünyaya atmaq, onları bədbəxt eləmək istəmədiyini bildirdi. Onu da dedi ki, kim bilir; o, evlənsə, arvadının doğuş vaxtna az qalmış, Dünya ac qurda dönüb, onu, Cankişinin doğar inəyi kimi, qarnındakı balasıyla birgə parçalasa... Axı o kğrpənin günahı nədir ki,..Düzdür, Samirə Cankişinin dəliyə oxşamasını onu sancmaq üçün demişdi, əslində isə, artıq bu əlamətlər Cankişinin üzündə, danışığında özünü sezdirirdi. Ağıllı adamlar bunu o dəqiqə sezirdilər. Ondakı tərki – dünyalığı da hiss etməmək mümkün deyildi. Sanki Cankişi özünü bu dünyadan təcrid etmişdi. Gecələr normal yuxu da yatmırdı. Yuxuda tez – tez dünyanın dağıldığını, nəhəng qayaların, dağların, azğın dalğaların, bir deyimlə, hər şeyin axaraq, aşaraq üstünə gəldiyini görür, qişqirib dik atılırdı. Anası oğlunun yastığı altına duzdan, çörəkdən qoyur, gah onları bıçaqla əvəz edirdi ki, oğlu yuxusunu qarışdırmasın.Oğlundakı dəyişikliyi duyduğu gündən də Samirəni lənətləyirdi ki, oğlu onun qarğışına düşüb, onun nəzərinə, nəfsinə qurban gedir: “ Nəzərrədilər balamı! Məktəbdə ondan yaxşı oxuyan şagird yox idi. Bütün müəllimlər balamı şagirdlərin gözü adlandırırdılar! Özü də o vaxtlar, elə hey deyirdi ki, böyüyəndə prakuror olacaq, oğruları, cinayətkarları həbs edib cəzalandıracaq. Nooldu, ay Allah, nooldu mənim biçarəmə?.. Deyirlər, guya, oğlan oldu, qiz oldu, - fərqi yoxdur, - vaxtında evlənməsə, vaxtında ərə getməsə beyində pisliyə doğru dəyişikliklər baş verir. Ağzıma qara daş, bəlkə mənim balam da... Vaxtında mən çox dedim, o, az eşitdi. İndi də qadam ürəyinə olmuş, Mirzəlinin artığı sonsuz Samirənin nəzərinə, nəfsinə ilişib. Ləçər gündə bir söz  çıxarır ağzından. Guya Cankişi ona görə (Samirə onu atıb Mirzəli qurumsağa ərə getdiyinə görə) indiyəcən evlənməyib. Deyirmiş ki, Cankişiylə yaxınlarda ailə quracaqlar; öləsən səni. Dilim qurusun; oğlumun dəli olmağına razı olaram, ancaq Mirzəlinin artığının gəlinim olmasına razı olmaram!..” Cankişinin Mirzəlidən uşaqlıqdan zəhləsi gedirdi. Atası kolxoz sədri Qəzənfərin hesabına müəllimlər ona yüksək qiymət yazırdılar. Cankişi bunu o vaxtlar dərindən anlamasa da hiss edirdi ki, dünya elə bu yerdən, bu məqamdan, hələ bir az da əvvəldən dağılmağa başlayır, dağıla – dağıla həmən o qorxunc İkimininci ilə doğru gedir.Cankişinin Mirzəlidən bir də ona görə zəhləsi gedirdi ki, Mirzəli o vaxtlar müəllimə çox satmışdı Cankişini. Onun xəlvətdə siqaret çəkdiyini, Samirəyə sevgi məktubları yazdığını və bir də Mirzəliylə mübahisəsi zamanı Lenin “baba”nı əməlli – başlı söyməsini. Müəllim də Cankişini lövhə qarşısına çıxarıb şillələmiş, cəza olaraq, onu dərsin sonunacan şagird yoldaşlarının gözləri qarşısında ayaq üstə saxlamışdı. Ən pisi də o idi ki, hər dəfə başını qaldırıb Samirə oturan partaya tərəf baxanda Cankişi Samirənin ona dikilən kədərli baxışlarını görmüşdü.Cankişi bilirdi ki, Mirzəli Lenin “babanı” çox istəyir. Bilirdi ki, Lenin, bütün uşaqlardan çox, niyəsə, nəyə görəsə Mirzəlinin babasıdır. Çünki Mirzəli Lenin “babanı” bütün şagirdlərdən çox istəyirdi. Elə bunu bilərəkdən, dərsdən sonra çöldə rastladığı Mirzəlinin yaxasından yapışıb “ Sənin Lenin babanın keçəl kəlləsini,.. Sənin Lenin babanın gorunu,.. nə vaxta kimi məni satacaqsan müəllimə?..” – demiş, onu ürəyi soyuyanacan yerə yıxıb təpikləmişdi. Bundan sonra, and içib, söz verməsinə baxmayaraq, səhəri gün Мирзяли, birinin də üstə beşini qoyub, Cankişini müəllimə təzədən çuğullamışdı. 

                                                                 ***** 

 Cankişi İkimininci ili vahimə, dəhşət içərisində gözləyirdi. Hamı yeni ili gözləyir, onun gəlişini bayram edir, gülür, şənlənirdi. Cankişi isə özlüyündə onların bu halına gülür, acıyırdı. An-baan yaxınlaşan yeni il, ona elə gəlirdi ki özüylə fəlakət gətirəcək. Ona görə də özündə daxili bir səfərbərlik də yaratmışdı. Həm də elə bilirdi ki, bu dəm o, hamıdan ağıllı, hamıdan uzaqgörəndir. Hətta saqqalını da qirxmamışdı...İkimininci ilin gəlişini gözləyənəcən Cankişi, elə bil iki min illik bir ömür yaşamışdı. İkimininci il, həmin gecə dünyaya başqa bir Cankişini doğmuş və Səhərin ağuşuna atmışdı. İkimininci ilin ilk səhərinin ağuşuna atılmış Cankişi, artıq dəli Cankişi idi. Həmin Dəli Cankişi İkimininci ilin o ilk gününün  səhəri Zülqədər müəllimi kənd arasında yaxalayıb, uşaqlıqda Mirzəlini yerə yıxıb təpiklədiyi kimi qəfil tutub yerə yıxdı və təpikləməyə, “Sənin Lenin babanın keçəl kəlləsini,.. sənin Lenin babanın gorunu,.. bəs deyirdin ki, ikimininci ildə dünya dağılacaq?..” deyib, qışqırmağa başladı. Kənd adamları başı yarılmış, üz – gözü cızılmış Zülqədər müəllimi onun əllərindən zorla aldılar və elə həmin günün axşamı polislər gəlib Cankişini zorla öz maşınlarına mindirib harasa(əgər, həqiqətən dəli olmuşdusa, Dəlixanaya, yox, əgər Zulqədər müəllimə qəsd etmək istəmişdisə cəzaçəkmə məntəqəsinə) apardılar. Maşının içərisində əl-qol atıb, polis işçilərinə təslim olmaq istəməyən Cankişi geri qanrılıb,hirs-hikkəylə, ayağa qalxaraq, üst-başının tozunu çırpmaqda olan Zülqədər müəllimə baxır, hələ də onu söyməyinə davam edirdi...

 




1
seyran yazıb:

Mən bu hekayəni bir neçə il öncə "Sənət" qəzetindən oxumuşam. Yaxşı hekayədir. Çox şükür ki, dünyamız dağılmadı...

İyun 8, 2008 11:23

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha